Səidə uşaqlarının gözü önündə qətlə yetirilib – Qonşulara onlar xəbər veribmişbackend

Səidə uşaqlarının gözü önündə qətlə yetirilib - Qonşulara onlar xəbər veribmiş

Xəbər verdiyimiz kimi, Cəlilabadda 1999-cu il təvəllüdlü qadın qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə A. Ə.-nin ailəsi uzun müddətdir Rusiyada yaşayır.

Onu bir müddət əvvəl babası rayona gətirib.

Əlavə edək ki, yeniyetmə qətlə yetirilən Səidə Cəfərovanın baldızı oğludur.

Yaxınlarının sözlərinə görə, uşağın psixoloji problemləri var imiş.

İlkin məlumata görə, o qətli Səidənin iki uşağının gözü önündə törədib. Həmin vaxt mərhum uşaqları bağçaya aparmağa hazırlaşırmış.

Analarının öldürüldüyünü də qonşulara uşaqlar xəbər veriblər.

Hadisədən sonra şübhəli ərazidən uzaqlaşıb.

Hazırda onun axtarışı davam etdirilir.

***

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*