Şəkər zavodlarının bütün direktorları saxlanılıb – Lukaşenkobackend

Şəkər zavodlarının bütün direktorları saxlanılıb - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın şəkər zavodlarının bütün direktorlarının saxlanılması barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “BELTA” agentliyi yayıb.

Onun sözlərinə görə, saxlanılanlar Moskvada Ticarət Evi yaradıblar, oraya öz adamlarını yerləşdiriblər, sonra isə Belarus şəkərini “baha qiymətlərlə” satıblar.

“Qiymət fərqini isə rüşvət kimi zavod direktorlarına veriblər”, — Lukaşenko bildirib.

Prezident qeyd edib ki, tezliklə DTK bu barədə ətraflı danışacaq. Onun sözlərinə görə, Belarusda belə bir şey yox idi.

Cari ilin yanvar ayının sonunda Belarusun bütün dörd şəkər zavodunun direktorları respublikanın güc qurumlarının əməkdaşları tərəfindən saxlanılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*