Maşını ağaca çırpdı – Özü ilə bərabər 3 uşaq öldü / YENİLƏNİBbackend

Maşını ağaca çırpdı - Özü ilə bərabər 3 uşaq öldü / YENİLƏNİB

Şəkidə ağır yol – nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasedciləri cəlb edilib.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və  avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*