Şəkidə evdən kişi meyiti tapılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İnçə-Zunud kəndində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Güliyev İsmayıl Katib oğlunun meyiti yaşadığı ünvanda aşkar edilib. Aparılan ilkin müayinə zamanı tək yaşayan İ. Güliyevin bir neçə gün əvvəl öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
