Selçuk Bayraktar müxalif deputatın yanğınlarla bağlı sualına CAVAB VERDİ – FOTObackend

Selçuk Bayraktar müxalif deputatın yanğınlarla bağlı sualına CAVAB VERDİ - FOTO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ulaş Karasunun ittihamına münasibət bildirib.

Xatırladaq ki, CHP-nin Türkiyə parlamentindəki üzvü ölkədəki meşə yanğınlarına münasibət bildirərkən “Yanğınlar zamanı İHA-lar (pilotsuz uçuş aparatları – red.) harada idi?” fikrini ifadə edib.

KONKRET.az xəbər verir ki, Selçuk Bayraktar isə şəxsi “Twitter” səhifəsində parlamentarinin ittihamına cavab verib.

O qeyd edib ki, bəziləri yandırmağın dərdində olarkən digərləri ölkəni yanğından qorumağa çalışır.

“Hal-hazırda altı “BayraktarTB2” PUA-mız komandamızın üzvləri ilə birgə 7/24 xidmətdədir. 2020-ci ildə 345, son 60 gündə isə 86 yanğın hələ ilkin alışma mərhələsində müəyyən edilib. Biz meşələri qorumaq üçün var gücümüzlə işləməyə davam edəcəyik. Bəs siz?”, – Selçuk Bayraktar onların şirkətinin fəaliyyətinə kölgə salmağa çalışan deputata cavabında vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*