Səməd Seyidov verilmiş mina xəritələrinin 50 faizinin saxta olduğunu bildirdi – Zöhrabyanbackend

Səməd Seyidov verilmiş mina xəritələrinin 50 faizinin saxta olduğunu bildirdi - Zöhrabyan 

Mənimlə Azərbaycan nümayəndə heyətinin rəhbəri arasındakı söhbət alınmadı”.

KONKRET.az erməni mətbuatına istinadla bildirir ki, bu barədə millət vəkili, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan öz Facebook səhifəsində yazıb.

Naira Zöhrabyan özünün yazdığı kimi, Strasburqa çatar-çatmaz Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu tapıb. Bəsit siyasi düşüncələrə malik olan Zöhrabyan Azərbaycanı “hərbi əsirlər”i qaytarmamaqda ittiham edib.

“Strasburqda Avropa mühafizəkarlarından və demokratlarından ibarət siyasi qrupda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla erməni əsirlərinin heç bir şərt olmadan Ermənistana qaytarılması məsələsini müzakirə etməyə çalışdım” deyə o yazıb.

Təbii ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri onun bu sərsəm fikirlərinə təəccüblənib və Azərbaycanda hərbi əsir yox, terrorçular olduğunu bildirib.

Zöhrabyan Səməd Seyidovun sözlərini qeyd edərək yazıb:

“Azərbaycan nümayəndə heyətinin rəhbəri mənə çox təəccüblü baxdı və dedi ki, Azərbaycanda erməni əsirlər yoxdur, qalanların hamısı terrorçudur, biz  bütün hərbi əsirləri geri qaytarmışıq”.

Siyasi savad kasadlığından əziyyət çəkən bu qadın öz sərsəm fikirlərini yeritməyə çalışsa da, bu baş tutmayıb. Özlərinin axmaq durumda olduqlarını anlayan millət vəkili “Azərbaycanın axmaq tezislər təbliğ etdiyini” sərsəmləyib.

“Mən adama izah etməyə çalışdım ki, o, bu uşaqların terrorizm və təxribatla heç bir əlaqəsinin olmadığını və onları Ermənistana ən qısa zamanda qaytarmaq lazım olduğunu çox yaxşı başa düşür. Bu adam isə Azərbaycan təbliğatının bütün “axmaq“ tezislərini səsləndirməyə başladı”-deyə, o yazıb.

Səməd Seyidov Azərbaycana verilən mina xəritələrinin 50%-nin saxta olduğunu bildirməsi barədə Zöhrabyan yazıb:

“Yeri gəlmişkən, Səməd Seyidov da onlara verilən mina xəritələrinin 50 faizinin saxta olduğunu bildirdi”.

Hələ də kimin haqlı, kimin haqsız olduğunu anlamayan millət vəkili 5 ilə yaxın müddət ərzində mülki vətəndaşlarımızı işgəncə verərək girov saxladığlarına belə don geyindirib:

“Ermənistanın heç bir ilkin şərt olmadan gənc ermənini öldürdükləri sübuta yetirildiyi halda “qatillər Şahbaz Quliyevi və Dilham Əsgərov”u sərbəst buraxmasını xatırlatdım. Səməd cavab verdi ki, onların  qatil olduğuna dair heç bir sübut yoxdur”.

Azərbaycan nümayəndə heyətini ittiham etməkdən çəkinməyən bu ağılsız siyasətçi daha sonra yazıb:

“Seyidov Azərbaycan Silahlı Qüvvələrinin mayın 12-dən etibarən Ermənistanın suveren ərazisini “işğal etməsi”nin səbəbini də izah etmədi”.

Axmaq fikirlərinə davam edən Zöhrabyan gülünc “təhdid”lərini davam edərək yazıb:

“Faktiki  Azərbaycan hazırda erməni “hərbi əsirlərin” qaytarılması məsələsini müzakirə etmir.

Buna görə də əminəm ki, bu ölkəyə qarşı ciddi beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Sabah  Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması və Əliyevin, onun siyasi klanının Avropa bank hesablarının dondurulması barədə məsələ qadıracağam”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*