Şəmkirçay su anbarında batan yeniyetmənin meyiti tapıldı – YENİLƏNDİbackend

Şəmkirçay su anbarında batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNDİ

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Səmkirçay su anbarında 2003-cü il təvəllüdlü Süleymanov Tofiq Müsəllim oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az– a verilən məlumata görə, T.Süleymanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***16:27

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan 1 nəfər batıb.

KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*