Kürdə batan ana və övladlarının meyiti TAPILDI – YENİLƏNİBbackend

Kürdə batan ana və övladlarının meyiti TAPILDI - YENİLƏNİB

Şəmkirdə kürdə batan ana və övladlarının meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, Qazax sakinləri 1985-ci il Günay Kərimova və onun övladları 2008-ci il təvəllüdlü Nurlan Kərimov, 2003-cü il təvəllüdlü Akşin Kərimovdur.

***

17:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*