Şəmkirdə ağır yol qəzası baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.
***
Qəzada ölənlərin sayı 4 nəfərə çatıb.
***
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırma aparılır.
***
Qəza nəticəsində həlak olanlardan bəzilərinin kimliyi məlum olub.
Belə ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva , 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva, 1988-ci il təvəllüdlü İlahə Məmmədova və 2009-cu il təvəllüdlü Elvin Məmmədov həyatını itirib.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd edilib.
***
Qəza zamanı yaralanan 7 nəfərin də kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində “VAZ” ın sürücüsü Əlizamin Aslanov, onun oğlu 2021-ci il təvəllüdlü Qoşqar Aslanov, 2010-cu il təvəllüdlü Zeynab Vəliyeva, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
***
Yaralılardan “VAZ 2106” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanov vəfat edib.
