Şəmkirdə avtomobil maneəyə çırpıldı: 4 nəfər xəsarət aldıbackend

Şəmkirdə avtomobil maneəyə çırpıldı: 4 nəfər xəsarət aldı

Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kənd yolunda qeydə alınıb.

“VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, 2004-cü il təvəllüdlü K.Abbasov, 2003-cü il təvəllüdlü İ.Qasımov, 2005-ci il təvəllüdlü E.Həsənov və 2001-ci il təvəllüdlü İ.Əmirxanov xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*