Şəmkirdə təmirə aparılan maşın yandı – YENİLƏNİBbackend

Şəmkirdə təmirə aparılan maşın yandı - YENİLƏNİB

Şəmkir rayonunun Yeni yol kəndində avtomobil təmiri sexinin qarşısında təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

KONKRET.az  FHN-nin saytına istinadən xəbər verir ki, sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

18:54

Şəmkirdə minik maşını yanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonda  fəaliyyət göstərən avtomobil təmir sexlərinin birində qeydə alınıb.

Belə ki, təmir sexinin qarşısında dayanan “VAZ 2106” markalı minik maşınında anidən yanğın olub. Dərhal əraziyə FHN-nin yağınsöndürən birqadaları cəlb olunub.

Yanğın söndürülüb, təmir sexi və sexin həyətində olan avtomobillər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*