ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidkov bildirib.
Onun sözlərinə görə, bu prosesdə ilk olaraq Rusiya olub. Əvvəlcə qazı rublla ticarət etməyə başlayıb, sonra isə demək olar ki, bütün xarici ticarəti rubla və dost ölkələrin valyutalarına keçirib. Bu arada dolların payı azalmağa davam edib və geri dönüş yoxdur.
Senator həmçinin BRICS-in qlobal iqtisadiyyatda artan rolunu vurğulayaraq qeyd edib ki, bunu Hörmüz boğazındakı vəziyyət də göstərir. O zaman neft tədarükünün kəsilməsi əksər ölkələrə təsir etmişdi. Lakin Rusiya müttəfiqlərini neft və qazla təmin edirdi. Bundan əlavə, Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra BRICS və Qlobal Cənub ölkələri xarici ticarətlərini qoruyub saxladılar və hətta artırdılar.
Şenderyuk-Jidkov bildirib ki, “Bu gün BRICS icmasında dünyaya yeni bir baxış yaranır. Təkqütblü dünya bitdi”.
O, əmindir ki, BRICS ölkələri artıq inkişaf etmiş ölkələri qabaqlayır. Alıcılıq qabiliyyəti paritetinə görə dünyanın dörd ən böyük iqtisadiyyatından yalnız ABŞ qrupa daxil deyil.
“İqtisadi güc burada cəmləşib, G7 modeli tükənib”, – senator bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya dollarsızlaşmaya çalışmır, lakin xarici ticarətdə rubldan istifadə edir, çünki bəzi ölkələr ona öz valyutalarından istifadə etməyi qadağan edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskvanın dollara qarşı olmadığını bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
