Bu gün Tehranın Nəsirabad sənaye şəhərciyindəki alışqan emalatxanasında yanğın baş verib.
KONKRET.az xəbər verir ki, Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şərvin Təbrizi bildirib ki, hadisə barədə təcili yardım xidmətinə səhər saat 07:20-də məlumat daxil olub.
Məlumata görə, yanğın nəticəsində 1 nəfər həyatını itirib və 5 nəfər yaralanıb.
Yanğının səbəbi, dəymiş ziyanın həcmi və digər yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
