backend

SENSASİON QƏRAR - Azərbaycanda Milli Məclis buraxıldı

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

KONKRET.AZ  xəbər verir ki, bu qərarı YAP öz səlahiyyətlərindən istifadə edərək qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Sabah Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*