Erməni separatçı, milyarder Ruben Vardanyan son günlər Qarabağ sakinləri arasında görüşlər keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilir ki, görüşlər zamanı Vardanyanla əhali arasında ziddiyyətli hallar yaşanıb.
Vardanyan bir tərəfdən onları sakitləşdirərək bildirib ki, Laçın yolunda yaranmış vəziyyət mart-aprel aylarına qədər davam edəcək. Digər tərəfdən, bu müddətdə hərbi toqquşmanı istisna etməməklə insanları qorxuya salıb.
Bu arada, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Vardanyanın mövqeyinə qarşı çıxıb. O, deyib ki, hazırda qondarma rejimdə kifayət qədər silah olsa da, müharibədən qaçmaq lazımdır:
“Azərbaycanla dialoq yolu ilə hərəkət edin, əks halda müharibə “Artsax” xalqı üçün son olacaq” – deyə quldurbaşı bildirib.
Günel Mikayılova,
KONKRET.az
