backend

Sergey Şoyqu Arşak Karapetyanla görüşdü - YENİLƏNİB 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Arşak Karapetyanla Moskvada görüşüb. 

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks”a hərbi-diplomatik mənbələr məlumat verib.

Məlumatda qeyd edilib ki, hələlik görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, Karapetyan bu gün Moskvaya gedib. Səfərdən əvvəl Şoyqu ilə Karapetyanın telefon danışığı baş tutmuşdu.

12:04

Ermənistanın müdafiə nazirinin birinci müavini Arşak Karapetyan bu gün səhər Moskvaya yola düşüb.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, səfər zamanı Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qərarı ilə Karapetyan 20 iyul tarixində müdafiə nazirinin birinci müavini təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*