“Sərhədlərin dəyişdirilməsinə dair Bakı ilə heç bir danışıq aparmadıq və aparmayacağıq” – ƏTRAFLIbackend

"Sərhədlərin dəyişdirilməsinə dair Bakı ilə heç bir danışıq aparmadıq və aparmayacağıq" - ƏTRAFLI

Ermənistan Milli Təhlükəsizlik Şurasının başçısı Bakı ilə İrəvan arasında İran sərhədlərində geosiyasi dəyişikliklərə dair razılaşma ilə bağlı yayılan xəbərlər haqda danışıb.

KONKRET.az xəbər verir ki, o, bunları deyib: “Ermənistan heç vaxt dəhlizlə bağlı heç nə deməyib, demir və deməyəcək də”.

“Tasnimnews” xəbər verir ki, 44 günlük Qarabağ savaşından sonra Cənubi Qafqaz məsələsi, bölgədə gedən proseslər və Azərbaycan, Ermənistan və Rusiya arasında Moskvada bağlanmış atəşkəs anlaşması və habelə son bir neçə həftə içində bölgədə baş verənlər İranın siyasi və media mühitində geniş əks-səda doğurub.

Armen Qriqoryan üçtərəfli 10 noyabr atəşkəs anlaşmasının 9-cu bəndini görməzdən gələrək bildirib: “Danışıqlarımızda dəhlizdən (Zəngəzur) heç bir söhbət getməyib”. Ermənistanın niyə Azərbaycan torpaqlarını 30 il işğalda saxladığını və yüz minlərlə uşaq, qadın və yaşlı insanı vəhşicəsinə öldürdüyü, Xocalı faciəsini törətdiyi haqda soruşmalı olan “Tasnim” ajansı sualı bilərəkdən Azərbaycanla bağlı məsələyə yönəltməyə calışıb: “Suallarımız Qafqazda baş verənlərlə bağlıdır. Bu bölgədə geniş dəyişikliklərə səbəb olan ikinci Qarabağ savaşının ildönümündən təxminən 2 həftə keçir və bölgəmiz o vaxtdan bəri gərginlik və böhran yaşayır. Gərginliyə səbəb olan məsələlərdən biri də özündə qeyri-müəyyənlikləri barındıran və Rusiyanın iştirakı ilə münaqişə tərəfləri arasında imzalanan atəşkəs razılaşmasıdır.

Qeyri-müəyyənliklərdən biri də iki ölkə və muxtar bölgələr, yəni Naxçıvanla Azərbaycan (Zəngzur dəhlizi), habelə Qarabağ – Ermənistan (Laçın dəhlizi) arasında yaranması planlaşdırılan dəhlizlər məsələsidir. Bu məsələnin İranın Qafqazda əsas narahatlıqlarından biri olduğunu nəzərə alaraq, orada nə baş verir?”

Ermənistanın Qarabağ müharibəsi zamanı Livandan, Suriyadan və başqa ölkələrdən muzdlu ermənilərin gətirərək döyüşə göndərdiyinə toxunmayan Qriqoryan bildirib: “Bəli, haqlısınız: atəşkəs anlaşması haqqında üçtərəfli bəyannamənin imzalanmasından sonra müxtəlif mövzularla bağlı bir sıra qeyri-müəyyənliklər ortaya çıxıb. Yalnız bu bəyannamə deyil, həm də savaşın özü də bölgəyə çox böyük təsir göstərib. Bu müharibə bölgəyə terrorçuların gəlməsinə yol açıb və terrorçulara, eləcə də bəzi ölkələrin silahlı qüvvələrinə fürsət yaradıb”. “Azad İran”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*