İtkin düşən erməni əsgərləri 1064 nəfərdir.
KONKRET.az erməni portallarına istinadla bildirir ki, bunu Serj Sarkisyan seçicilər qarşısında çıxışı zamanı deyib.
Keçmiş prezident 1064 nəfərin itkin düşdüyünə dair dəlillər təqdim edib. Hərbi Sığorta Fondu apreldəki hesabatında bu məlumatları hökumətə təqdim edib. Buna baxmayaraq Nikol Paşinyan parlamentdəki çıxışında itkinlərin sayının 321 nəfər olduğunu bildirib.
“Buna nə ad vermək olar? Heç olmasa insan kimi məlumatsız olduğunu etiraf etmək olardı. Adamlara qarşı necə bu cür davrana bilirsən?” deyə Sarkisyan vurğulayıb.
Xuraman Etibarlı
KONKRET.az
