“Sərt karantində kommunal xidmətlərlə bağlı problemlər yaranarsa…” – RƏSMİ AÇIQLAMAbackend

"Sərt karantində kommunal xidmətlərlə bağlı problemlər yaranarsa..." - RƏSMİ AÇIQLAMA

“14 iyun, saat 00:00-dan 16 iyun, saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq ediləcək sərtləşdirilmiş karantin rejimi müddətində “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi fəaliyyət göstərəcək”.

KONKRET.az-ın məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) “Qaynar xət”lərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla, zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*