Qazaxıstanın Pavlodar şəhərində bir qadın öz anasını ağır şəkildə döyüb. Konkret. az Qazaxıstan mediasına istinadla xəbər verir ki, 36 yaşlı xanım əvvələr də dəfələrlə anasını döyüb. Narahat ailənin qonşuları deyirlər ki, sonuncu dəfə anasını döyərkən qadın içkili olub. Əvvəllər zərərçəkən polisə məlumat vermək istəsə də, qızı buna dəfələrlə mane olub. Hazırda polislər qızı həbs ediblər. Məhkəmənin hökmü ilə qadın 10 gününü təcridxanada keçirəcək.
Qeyd edək ki, ötən həftə polis əyalətlərdə məişət zəminində 766 cinayəti müəyyən edib.