Səudiyyədə türk məktəbləri bağlandıbackend

Səudiyyədə türk məktəbləri bağlandı

Səudiyyə Ərəbistanının türk dilində tədris aparan məktəbləri bütün təşəbbüslərə baxmayaraq, faktiki olaraq bağlanıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Təhsil Nazirliyinin nümayəndəsi Əhməd Əmrə Bilgili deyib.

Onun sözlərinə görə, bağlanan məktəblər əsasən Məkkə və Mədinə şəhərində yerləşir.

Türk ekspertlərin qiymətləndirmələrinə əsasən, bu qərar siyasi xarakter daşıyır. Səudiyyə Ərəbistanının türkdilli insanlara qarşı sərgilədiyi münasibət qəbuledilməzdir və buna görə də ölkələr arasında problemlər yaşana bilər. /Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*