Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Şahzadə Rima Bint Bender ABŞ-dakı yəhudilərin yeni ilini təbrik edib.
KONKRET.AZ xəbər verir ki, bu haqda məlumat “NBC News”da dərc olunub.
Səudiyyənin ilk qadın səfiri Rima Bint Bender yəhudiləri təbrik etməklə tarixdə bir ilkə imza atıb. O, yəhudilərin bayram təbriki üçün göndərdiyi məktubunda “Roş Aşana münasibətiylə ülya səfir Rima Bint Bender əl Səud sizə xoş və gözəl Yeni il arzularını çatdırır” yazıb.
Məktubun alt hissəsi isə yəhudilərin yeni il bayramında yediyi bal, alma və nar kimi meyvələrlə bəzədilib. Xəbərdə məktubun hansı şəkildə və kimə göndərildiyi bildirilməyib.
Qeyd edək ki, ötən həftə İsrail Səudiyyə Ərəbistanının milli bayramını təbrik edib. Bir həftədən sonra Səudiyyənin də belə bir jest etməsi diqqət çəkib.
Ümumiyyətlə, İsrail Xarici İşlər Nazirliyi diplomatik münasibətdə olduğu ölkələrin milli bayramlarını davamlı olaraq təbrik edir.
Hazırladı: Firuzə ALİMOVA
