Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxdubackend

Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxdu

İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Andrey Şevçenko A Seriyasının 21-ci turunun “Spetsia” ilə oyununu buraxacaq.

KONKRET.az bildirir ki, bu barədə “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, baş məşqçinin koronavirus testi müsbət olub.

Dekabrın 28-də ukraynalı mütəxəssis koronavirusa yoluxub və yanvarın 6-da keçirilən İtaliya çempionatının 20-ci turunun “Sassuolo” ilə (1:1) matçını buraxmaq riski ilə üzləşib.

Yanvarın 5-də Şevçenko COVID-19 üçün verdiyi testin mənfi olduğunu və matçda iştirak edə biləcəyini açıqlamışdı. Bu gün, yanvarın 9-da klubun mətbuat xidməti onun yenidən koronavirusa yoluxduğunu və “Spetsia” ilə matçda iştirak etməyəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*