Seyfəddin Əliyevin sürücüsü intihara cəhd etdibackend

Seyfəddin Əliyevin sürücüsü intihara cəhd etdi

Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin  sürücüsü Elman Abdullayevin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

KONKRET.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, sosial şəbəkədə onun sirkə turşusu içərək özünü öldürmək istədiyi bildirilib.

E.Abdullayevin qayınatası Qənbər Kərimov isə saytımıza açıqlamasında kürəkəninin intihara cəd etməsinin yalan olduğunu deyib.

“Ot yığarkən qəfil halı pisləşib, yerə yıxılıb. Hələ ki, səbəb nədir bilinmir. Hazırda Bakıdakı Kiliniki Tibbi Mərkəzdə reanimasiyadadır”.

Məsələ ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*