Sikorski: “Aİ ölkələri ukraynalıları səngərlərə qaytarmalıdır”
“Aİ ölkələrində ukraynalılara elə şərait yaradılmalıdır ki, onların səngərdə öz vətənlərinə qayıtmaqdan başqa seçimi qalmasın”.
KONKRET.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.
Xarici işlər naziri bunu Ukraynaya kömək adlandırıb. Onun sözlərinə görə, yüz minlərlə potensial ukraynalı çağırışçı Aİ ölkələrində yaşayır və onların hamısı vətənlərini müdafiə etməyə borcludurlar.
Aİ-də bu məqsədə necə nail olunacağı ilə bağlı müzakirələr gedir. “Ukraynalıların Aİ-də qalması üçün şərtlərin qoyulması lazımdır ki, bu da onları son nəticədə hərbi borclarını yerinə yetirməyə həvəsləndirəcək”, – Sikorski əlavə edib.
Nazirin sözlərinə görə, ukraynalılar yalnız Polşadan çıxarılsalar, bu, səmərəsiz olacaq – onlar sadəcə olaraq digər Aİ ölkələrinə köçəcəklər.
Qeyd edək ki, Yazda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, hərbi xidmətə cəlb olunan kişilər Aİ ölkələrində səfərbərlikdən gizlənirlər və bununla bağlı nəsə etmək lazımdır.
Günel Mikayılova,
KONKRET.az