“Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla qarşıdurma zamanı yaralanan türk əsgərlərdən biri dünyasını dəyişib.
KONKRET.az Türkiyə mediasına isitnadən xəbər verir ki, bununla Türkiyə ordusunda şəhidlərin sayı 6 nəfərə çatıb. Daha 7 hərbçi isə yaralıdır.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 12 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
23:14
PKK terrorçuları Şimali İraqın Metina bölgəsindəki baza nöqtələrinə hücum edib.
KONKRET.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.Milli Müdafiə Nazirliyinin bəyanatında aşağıdakı ifadələrdən istifadə edilib:
“12 yanvar 2024-cü il tarixdə “Claw-Lock” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız isə xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.
İlkin məlumata görə, əməliyyat zamanı 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
