Şimali Koreya Yaponiyanı raket atəşinə tutubbackend

Şimali Koreya Yaponiyanı raket atəşinə tutub

Tokio, naməlum obyektin Yaponiyanın Simane prefekturasındakı xüsusi iqtisadi zonaya çatdığını iddia edir…

Şimali Koreya Yaponiya istiqamətində döyüş raketləri atıb.

KONKRET.AZ TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Tokioda keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa açıqlama verib.

Tokio, naməlum obyektin Yaponiyanın Simane prefekturasındakı xüsusi iqtisadi zonaya çatdığını iddia edir.

Məlumata əsasən, KXDR tərəfindən həyata keçirilən raket atışları ilə əlaqədar olaraq, Baş nazir Şinzo Abe, eləcə də Xarici İşlər Nazirləri və Müdafiə Nazirliyinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*