ABŞ, Böyük Britaniya və Cənubi Koreya Şimali Koreyanın nüvə proqramını davam etdirməyə yönəlmiş qlobal kibercasusluq kampaniyasının təfərrüatlarını açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq olaraq, Pxenyan ABŞ da daxil olmaqla bir çox ölkənin hərbi məlumatlarını sızdırır və nüvə raketlərini maliyyələşdirmək üçün xüsusi proqramlarla NASA da daxil olmaqla ABŞ qurumlarını hədəf alır.
Dünən yayımlanan birgə bəyanatda qeyd edilib ki, Şimali Koreya kiber hakerləri tank, sualtı qayıq, donanma gəmiləri, döyüş təyyarələri, raketlər və radar istehsalçıları da daxil olmaqla geniş spektrli müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərini hədəfə alıblar.
“Anadriel” və ya “APT45” adlı hakerlər 2015-ci ildə ABŞ tərəfindən sanksiyaya məruz qalan Şimali Koreyanın Ümumi Kəşfiyyat Bürosu kimi tanınan kəşfiyyatın bir hissəsi olduğu güman edilir.
FTB və ABŞ Ədliyyə Departamenti rəsmiləri Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və ölkədəki bəzi hərbi bazaların Şimali Koreyanın hakerlik fəaliyyətindən narahatlığını bildirib. Qeyd edək ki, 2022-ci ilin fevralında NASA-nı hədəf alan hakerlər çoxlu sayda məxfi məlumatlara sıza biliblər.
Şimali Koreya uzun müddətdir ki, digər ölkələrə məxsus məxfi hərbi məlumatları oğurlamaq üçün haker qrupları ilə işləyir. ABŞ rəsmilərinin sözlərinə görə, hakerlər həmçinin ABŞ xəstəxanalarını və səhiyyə şirkətlərini öz əməliyyatlarını maliyyələşdirmək üçün “ransomware” proqramından istifadə edirlər.
Natiq Səlim,
KONKRET.az