Şimali Makedoniyada GÜCLÜ YANĞIN – Tüstüyə görə dərslər dayandırıldıbackend

Şimali Makedoniyada GÜCLÜ YANĞIN - Tüstüyə görə dərslər dayandırıldı

Şimali Makedoniyanın Tetovo şəhərində köhnə fabrikdə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, “Makedonija Plate” fabrikində baş verən yanğına qurudan və havadan müdaxilə edilib.

Böhran İdarəetmə Mərkəzinin direktoru Stoyançe Angelov bildirib ki, səhər saatlarında başlayan yanğına müdaxilə edən 3 yanğınsöndürən tüstüdən zəhərlənib.

Güclü tüstüdən təsirlənən şəhərdə bu gün və sabah təhsilin dayandırıldığı bildirilir.

Əhaliyə hava təmizlənənə qədər zərurət olmadıqca çölə çıxmamaq və maskalardan istifadə etmək tövsiyə edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*