Simonyan Kara-Murzanı Assancla dəyişməyi TƏKLİF ETDİbackend

Simonyan Kara-Murzanı Assancla dəyişməyi TƏKLİF ETDİ

Simonyan Kara-Murzanı Assancla dəyişməyi təklif edib.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın baş təbliğatçısı, erməni jurnalist Marqarita Simonyan telegram kanalında bildirib.

O, vətənə xəyanətdə və Rusiya silahlı qüvvələri haqqında “saxta” məlumatlar yaymaqda təqsirli bilinən rusiyalı müxalifət lideri Vladimir Kara-Murzanın WikiLeaks-in yaradıcısı Culian Assancla dəyişdirilməsini təklif edib.

Onun sözlərinə görə, Kara-Murzanın həyatı “zərərli”, Assanjın həyatı isə faydalıdır. Eyni zamanda Simonyan qeyd edib ki, mübadilə üçün daha iki məhbus təklif edilməlidir.

“Pol Uilan, Vladimir Kara-Murza və Evan Qerşkoviçi Culian Assanca dəyişin. Üçdən az olsa, onu geri verməyəcəklər”, – deyə Simonyan yazıb.

Xatırladaq ki, Rusiyadan əlavə Britaniya vətəndaşlığı və ABŞ-da yaşamaq icazəsi olan Vladimir Kara-Murza vətənə xəyanətdə və Rusiya ordusunu nüfuzdan salmaqda ittiham olunaraq, Moskva Şəhər Məhkəməsi tərəfindən ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*