Simonyan NÖQTƏNİ QOYDU: “Bu, baş versə, Ermənistan mövcud olmayacaq” backend

Simonyan NÖQTƏNİ QOYDU: "Bu, baş versə, Ermənistan mövcud olmayacaq" 

“Rusiya ilə qeyri-dost münasibətlər yaransa, Ermənistan mövcud olmaya bilər”.

KONKRET.az xəbər verir ki, bunu “RT” və “Sputnik”in baş redaktoru Marqarita Simonyan deyib.

“Rusiya çox kədərlənəcək. Amma Ermənistan ümumiyyətlə, olmayacaq. Dəhşət də budur”, – Simonyan vurğulayıb.

Bundan əvvəl Dövlət Dumasının deputatı Alena Arşinova İrəvanın Avropaya inteqrasiya istəyi fonunda ölkələr arasında münasibətlərdə turbulentliyin mövcud olduğunu etiraf edib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyinə geosiyasi maraqların təzahürü kimi baxır. Onun sözlərinə görə, Avropa İttifaqının məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi onun tarixi rolunu zəiflətməkdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*