Siyasətçi qadın Konqresdə Trampın nitqinin mətnini cırdıbackend

Siyasətçi qadın Konqresdə Trampın nitqinin mətnini cırdı

ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosi dövlət başçısı Donald Trampın qanunverici orqan qarşısında çıxışından sonra onun nitqinin mətninin surətini cırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Tramp fevralın 4-də “ölkənin vəziyyəti haqqında” adlı məruzə ilə çıxış edib.

Amerika lideri çıxışını tamamladıqdan sonra konqresmenlər onu alqışlarla salamlayıblar. Bu zaman masa üzərində Trampın çıxışının surəti olan kağızları Pelosi cırıb.

Pelosi Trampın impiçmentinin, həmçinin İrana qarşı səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarıdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*