Hadisə axşam saatlarında baş verib. Konkret.az-ın şimal bürosu bu dəqiqələrdə xəbər verir ki, sahibsiz küçə itləri 1937-ci il təvəllüdlü Zəkiyev Bəydadaş İsmayıl oğluna hücum çəkib. Atasının köməyinə gələn oğlu 1972-ci il təvəllüdlü Azər Zəkiyev də itlərin hücumuna məruz qalıb. Ata və oğul dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onlara xəstəxanada ilk tibbi yardım olunub və ambulator müayinə üçün evə buraxılıb.