Yeni ilin ilk günlərində əsasən yaxşı filmləri izləmək keçir hər kəsin ürəyindən. Xüsusən insanda yüksək əhval-ruhiyyə yaradan bədii filmlərə, tamaşalara baxmaq daha məqsədəuyğun sayılır.
KONKRET.az yeni il möcüzələrinə inandıran, insanda xoş ovqat yaradan 3 ən yaxşı filmin siyahısını təqdim edir:
“Robot mənim dostumdur” (2016). Bir gün Robbi Robbi ən yaradıcı kiçik oğlan Tobinin həyatına daxil olur. Kosmik gəmisi qəzaya uğrayanda Robbi robot valideynlərindən ayrılıb. Tobi kömək təklif etmək qərarına gəlir və onlar dost olurlar. Filmdə qəhrəmanlar arasında dialoq və hadisələrin inkişafı tamaşaçını yormur, onda bayram əhval-ruhiyyəsi yaradır.
“Milad xronikaları 2” (2020). Keyt Pirs Milad bayramını anasının yeni sevgilisi və oğlu Ceklə birgə keçirir. Lakin Şimal qütbü və Milad məhv olmaq təhlükəsi ilə üzləşəndə Keyt və Cek gözlənilmədən Santa Klausla yeni macəraya baş vururlar. Bu filmi də izləməyə dəyər.
“Şimal Qütbü Milad üçün açıqdır” (2015). Uğurlu iş qadını Mackenzie sevimli xalasının otelini miras alır və otelin ilkin əzəmətini bərpa etmək qərarına gəlir. Ancaq onu Milad ərəfəsində satmaq istəyir. Lakin hadisələr elə cərəyan edir ki, bu da tamaşaçını xeyli maraqda qoyur. Filmin sonluğu hər bir izləyicidə yaşamaq ümidini artırır, insanda pozitiv ruh yaradır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
