Slovakiyada təyyarə qəzaya uğradı: Ölənlər varbackend

Slovakiyada təyyarə qəzaya uğradı: Ölənlər var

Slovakiyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə TASS polis sözçüsü Nikola Jabkovaya istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə bu gün günorta saatlarında Slovakiyanın mərkəzi hissəsində yerləşən Oçova kəndində baş verib.

“Təyyarədə olan üç nəfər – 48 yaşlı pilot, 38 yaşlı kişi və azyaşlı uşaq – həlak olub”, – deyə məlumatda qeyd olunub.

Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*