Sloveniya Ukraynaya maliyyə yardımı edəcəkbackend

Sloveniya Ukraynaya maliyyə yardımı edəcək

Sloveniya hakimiyyəti Ukraynaya 179 min avro həcmində maliyyə yardımı ayıracaq.

KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Sloveniya Müdafiə Nazirliyindən bildirilib:

“Sloveniya Ukraynaya mobil telefonlar, kompüterlər, qaz generatorları, antenlər və kabellər şəklində maddi yardım göstərəcək”.

Ukraynaya monitorlu 40 dəst stolüstü kompüter, 60 notbuk, iki min anten və 39 ədəd kabel göndəriləcək. Yardımın ümumi məbləği 179 165 avro təşkil edəcək.

Mart ayında Sloveniya hakimiyyəti Ukraynaya yardım kimi silah, sursat və dəbilqə göndərmək qərarına gəlmişdi. Respublika Müdafiə Nazirliyinin rəhbəri Matey Tonin qeyd edib ki, söhbət “Kalaşnikov” avtomatlarından gedir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*