Snayperlər geri çəkilsin, ATƏT müşahidəçilərinin sayı artırılsın-ABŞ-dan mesajbackend

Snayperlər geri çəkilsin, ATƏT müşahidəçilərinin sayı artırılsın-ABŞ-dan mesaj

ABŞ-ın nümayəndələr Palatası Dağlıq Qarabağda atəşkəsin gücləndirilməsi ilə bağlı Cudi Çunun əlavələrini qəbul edib. Ermənistan informasiya saytlarının Nümayəndələr Palatasına istinadən yaydığı xəbərə görə təklif olunan dəyişiklik atəşkəsi gücləndirmək məqsədi ilə qəbul edilib. Təqdim edilən əlavədə göstərilir ki, snayperləri geri çəkmək, ATƏT müşahidəçilərinin sayını artırmaq lazımdır. Cudi Çu çıxışında vurğulayıb ki, Qarabağa qarşı həyata keçirilən terror kampaniyasını başa çatdırılması lazımdır. “Buna görə Eliot Engel və Ed Roycenin təqdim etdiyi atəşkəs rejimini gücləndirmək məqsədilə təkliflərə əlavələr təqdim etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*