ŞOK – Erməni əks-kəşfiyyatının hazırladığı sənədin təfərrüatları Konkret.az-dabackend

ŞOK - Erməni əks-kəşfiyyatının hazırladığı sənədin təfərrüatları Konkret.az-da

Baş nazirə ölkədə rusofobiya ilə bağlı narahatlıq ifadə olunan sənəd təqdim edilib – Aprel müharibəsində rusların “jesti” yüksək qiymətləndirilib.

Erməni əks-kəşfiyyatının hazırladığı sənədin təfərrüatları “Konkret” Beynəlxalq Araşdırmalar Qrupuna məlum olub. Ermənistan Baş naziri Aparatına təqdim olunan sənəddə bildirlir ki, rusofobiya Ermənistan və “dqr”in milli təhlükəsizliyinə təhdiddir. Sənəddə xüsusi olaraq önə çəkilir ki, Ermənistan inadkarlıqla öz dövlətçiliyini möhkəmləndirməyə çalışır. Əgər Moskva erməni dövlətçiliyinə qarşı olsaydı, aprel müharibəsində susqunluqla işini btimiş hesab edərdi. “Ermənistanın Rusiyaya çox böyük ehtiyacı var”, – deyilən sənəddə belə bir əsaslandırılma aparılır ki, iqtisadi münasibətlərdə bütün hallarda asılılıq azaldılmalıdır. Ermənistanda məxməri inqilabdan sonra Rusiya əsassız tənqid edilir, bu ölkə haqqında xarici düşmən obrazı yaradılır. Burada Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarının, eləcə də İranın gizli “əli” görünür. Bu “əllər” Ermənistanın bütün uğursuzlarında rəsmi Moskvanı günahlandıran müxtəlif anti-Rusiya ünsürləri və fiqurlar aktivləşdirilib.

“Rusiya Ermənistanın dövlət təhlükəsizliyini təmin edən bir nömrəli strateji müttəfiqidir” – deyə sənəddə bildirilir. Konkret.az-ın Beynəlxalq Araşdırmalar Qrupuna xüsusilə gizli sayılan məqamlardan biri kimi o da məlum olub ki, Rusiyanın Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədi, habelə Gümrüdəki 102-ci hərbi bazasında genişmiqyaslı mitinqlərin qarşısı alınıb.

Sənəddə Rusiyanın güzəştli şərtlərlə Ermənistana silah satması yenə də xatırlanır, Rusiya bazarının erməni məhsullarına açıq olması iqtisadi dəstək kimi göstərilir. Eləcə də nəqliyyat logistikasında Rusiya bu ölkəyə tam dayaqdır. Bundan əlavə, Ermənistan Rusiya ilə Avrasiya İqtisadi Birliyində ümumi iqtisadi zonadadır.

Rusiyada işləyən erməni miqrantlardan Ermənistana hər il yüz milyonlarla dollar pul köçürmələri barədə hesablar rəsmi şəkildə sənəddə öz əksini tapıb.

Bundan əlavə, Rusiya qazının erməni istehlakçılarına güzəştli, qiymətlərlə satılması ayrıca bölmədə şərh edilib və bunun əks effekti də iqtisadi və siyasi cəhətdən əsaslandırılıb.

Qeyd edək ki, ictimai müzakirələrdə son günlər paralel olaraq xüsusi təşkil edilmiş ekspertlər Ermənistan-Rusiya münasibətlərinin dərinliyi haqqında mütamadi çıxışlar edirlər. Həmin tezislərdə xüsusi olaraq qabardılır ki, Türkiyə-Azərbaycan tandemi erməni xalqının mövcudluğu üçün real təhlükədir. Sənəddə Ermənistan-Rusiya münasibətlərinə əks xidmət etməyə çalışan və bununla da Qərbə xidmət edən tərəflər və şəxslərin adları da qeyd olunub.

Sənəddə xüsusi olaraq bildirilir ki, Rusiyanı Dördgünlük Aprel Müharibəsində günahlandıranlar üçünı xüsusi tezislər hazırlanmalı və cavabdeh məmurlara, KİV vasitəsilə cəmiyyətə ötürülməlidir.  Əks təqdirdə Rusiyaya qarşı bir dalğa qalxa bilər və bununla da Moskvaya qarşı süni, sübut edilməmiş və saxta ittihamlar daşlaşaraq dövlətçiliyin təməllərinə ciddi xələl gətirər.

Ermənistan Türkiyə və Azərbaycanla qapalı sərhədlə yanaşı İrana qoyulan sanksiyaları da nəzərə almalıdır. Ermənistanın Rusiyadan iqtisadi asılılığını necə azaltmaq olar? Sənəddə bu suallara da cavab əks olunub. İdarəetmə sisteminin dəyişməsi ilə bağlı ciddi islahatlar, maliyyə sisteminin şəffaflığı, demokratik proseslərin davamlılığını şərtləndirən amillərin formalaşdırılması, maarifçilik institutunun təşkili və inkişafı, yüksək texnologiyaların inkişaf tempinin artması və digər məsələlər ayrı-ayrılıqda izah olunub. 475 səhifəlik sənəddəki təfərrüatlar barədə “Konkret” Beynəlxalq Araşdırmalar Qrupu zaman – zaman materialları təqdim edəcək.

Sənəddə maraqlı tərəflərdən biri də budur ki, bir nömrəli müttəfiqini əsassız tənqid yalnız Türkiyə-Azərbaycan tandemi olaraq düşmən dəyirmanına su tökmək, Qərbin, eləcə də ABŞ-ın geosiyasi maraqlarına xidmət kimi təqdim edilib.

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupu

Bir cavab yazın