“Ukrayna dünya xəritəsindən silinəcək”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkə hesabında yazıb. O, Ukraynanı bir neçə ildən sonra bir dövlət kimi mövcud olmayacağı ilə hədələyib.
Medvedev bu iddianı Kiyevin ABŞ-dan lizinq yolu ilə 6 milyard kubmetr maye qaz almaq istədiyi və öz qaz hasilatını bərpa etdikdən sonra ödəyəcəyi xəbərini şərh edərkən irəli sürüb.
Medvedev amerikalıların sonda yanacaq üçün pul alacağına şübhə edirdi.
“Kim deyir ki, iki ildən sonra Ukrayna dünya xəritəsində də mövcud olacaq? Baxmayaraq ki, amerikalılar artıq vecinə deyil, onlar anti-Rusiya layihəsinə o qədər sərmayə qoyublar ki, qalan hər şey onlar üçün xırda şeydir”, – deyə o yazıb.

Xuraman Etibarlı,
KONKRET.az
