ŞOK QƏRAR: Rusiya Mərkəzi Bankı faiz dərəcələrini tarixi minimuma endirdibackend

ŞOK QƏRAR: Rusiya Mərkəzi Bankı faiz dərəcələrini tarixi minimuma endirdi

Rusiyada Mərkəzi Bank əsas faiz dərəcəsini illik 5.5% -dən 4.5% -ə endirdi. Bu, ölkədə tarixi minimum kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, ekspertlər bildirirlər ki, Rusiyada hələ faiz dərəcələrinin 2015-ci ildən bu qədər kəskin azalması olmayıb..

Qərar Mərkəzi Bankın İdarə Heyətinin iclasından sonra verilib. Bütün bunlar iqtisadiyyata pandemiyanın təsiri ilə mübarizə aparmağa kömək edəcək. Xüsusilə kreditlər, o cümlədən ipoteka kreditləri ucuzlaşacaq.

Ən mühüm və əhəmiyyətli məqam isə odur ki, kiçik və orta sahibkarlığı dəstəkləmək üçün tənzimləyici kreditlər üzrə faiz dərəcəsi illik 2,5% -ə endirilib.

Görəsən, Azərbaycan iqtisadiyyatını dirçəltmək məqsədilə Mərkəzi Bank belə bir qərara imza atacaqmı? Gözləyək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*