Şolts Avropa çempionatında fitə basıldıbackend

Şolts Avropa çempionatında fitə basıldı

Almaniya kansleri Olaf Şolts ölkəsində keçirilən həndbol üzrə Avropa çempionatının matçını izləmək üçün getdiyi zalda fitə basılıb.

KONKRET.az xəbər verir ki, o, Almaniya – Şimali Makedoniya oyununa baxmaq üçün arenaya gedib.

Olaf Şolsun arenaya gəldiyi elan edilərkən azarkeşlər onu fitə basıb.

Almaniya Həndbol Assosasiyasının rəhbəri Aksel Kromer bu hadisə ilə bağlı açıqlama verib: “Çox təəssüf ki, azarkeşlər cənab Şoltsu fitə basdı. Ancaq başqa tərəfdən ümid edirəm ki, oyun onun xoşuna gəlib”.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*