Somali Prezidentinin oğlu sərbəst buraxıldıbackend

Somali Prezidentinin oğlu sərbəst buraxıldı

Somali Prezidentinin oğlu Türkiyəyə gətirilərək ifadəsi alınıb. 

KONKRET.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.

Bildirilib ki, Somali Prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmudun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da İstanbul şəhərində  Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Nəticədə 38 yaşlı motosiklet sürücüsü həyatını itirib. Bunun ardınca Məhəmməd Həsən Şeyx Mahmudun Türkiyədən qaçması iddia edilib, lakin atası oğlunun vacib görüşlərlə əlaqədar Somaliyə qayıtmalı olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*