“Rusiyanın nüvə silahından istifadə etməsi üçün ən azı dörd səbəbi var”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev çıxış edib.
O əlavə edib ki, hələlik bunun üçün heç bir əsas yoxdur. Lakin Rusiyanın bu mövzuda hərbi doktrinası açıqdır:
“Və orada, 19-cu bənddə nüvə silahından istifadə üçün dörd əsas olduğu yazılıb. Maraq naminə və Fransa ictimaiyyəti üçün bunları sadalayacağam: 1. nüvə raketlərinin buraxılması; 2. nüvə silahından istifadə; 3. nüvə silahlarına nəzarət edən kritik infrastruktura hücum; 4.dövlətin özünün mövcudluğunu təhdid edən digər hərəkətlər; Hələlik belə hərəkətlər müşahidə olunmayıb”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.
Qeyd edək ki, xarici işlər naziri Sergey Lavrov bildirib ki, nüvə müharibəsinin yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir. Rusiya hərbi doktrinasına görə, nüvə silahından istifadə yalnız təcavüzə cavab olaraq mümkündür.
Müşviq Tofiqoğlu,
KONKRET.az
