SON DƏQİQƏ: Ermənistan media orqanı Azərbaycanı HƏDƏLƏDİ – VİDEObackend

SON DƏQİQƏ: Ermənistan media orqanı Azərbaycanı HƏDƏLƏDİ - VİDEO

Ermənilər ipə-sapa yatmaq, barış, sülh kəlmələrini dilə belə gətirmək istəməsələr də, Azərbaycan onları “yola gətirməyin yolu”nu çox gözəl bilir. Onlar təxribatlarından, biz isə diplomatik yollarla məsələlərin həllinə çalışmaqdan qalmırıq. Ermənistanın media orqanlarından biri yeni təxribata əl atıb.

KONKRET.az xəbər verir ki, Ermənistanın “Армениан бич портал” Teleqram kanalında bir video paylaşılıb və altından hədələyici xəbərdarlıq yazılıb.

“İndi isə əsas məsələ budur ki, işğal olunmuş Ermənistan torpaqlarına səfər etmək və ya məskunlaşmaq qərarına gələn hər bir azərbaycanlı bu kadrlara baxsın və yadda saxlasın ki, biz onları izləyirik, biz sizin hər addımınızı bilirik və nə vaxtsa bu barədə “vur” qərarı verəcəyik.

Arsax hakimiyyətinin icazəsi olmadan Arsaxa (Dağlıq Qarabağa) səfər etmiş istənilən şəxs bizim üçün qanuni hədəfdir”, – deyə sərsəm  və uydurma bəyanat yayıblar.

Videodan belə məlum olur ki, dronla Qarabağda çəkiliş edib və “bizim hər addımımızı izləyirlər”. Gülünc və absurd “xəbərdarlıq” olsa da, Azərbaycanın Müdafiə Nazirliyi yəqin ki, bunu nəzərə alacaq.

Həmin videonu təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*