SON DƏQİQƏ! Ermənistanın yeni müdafiə naziri bu şəxs TƏYİN EDİLDİbackend

SON DƏQİQƏ! Ermənistanın yeni müdafiə naziri bu şəxs TƏYİN EDİLDİ

Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin edilib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Armen Sarkisyan fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, fərman baş nazir Nikol Paşinyanın təklifi əsasında imzalanıb.

***

 13:51
Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan tutduğu vəzifədən azad edilib.

KONKRET.az “Aysor”a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-də N.Paşinyan A.Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə qərar imzalamışdı. O, bu təyinata qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, iyulun 20-də Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Ona görə də A.Karapetyan müdafiə naziri səlahiyyətlərini də icra edirdi. Onun müdafiə naziri təyin ediləcəyi gözlənilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*