KONKRET.az-ın Türkiyə bürosu xəbər verir ki, Fransa Məclisinin “Barış Pınarı” əməliyyatı qərarından sonra bu ölkənin Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Qeyd edək ki, nazirlik bundan qabaq Fransaya sərt bəyanat verib. Bəyanatda deyilir ki, “Barış Pınarı” əməliyyatı ilə əlaqədar Fransa Senatı və Milli Assambleyanın qəbul etdiyi qətnamələri qətiyyətlə pisləyirik və rədd edirik. Yaxşı başa düşüləndir ki, Fransa Suriya ərazisində terrorizmi qurmağa çalışır və məyusluq nəticəsində bu qərarı qəbul edib”.
Yeri gəlmişkən, Fransa Parlamenti və hökuməti PKK tərəfindən terror təşkilatı olaraq təyin olunan PYD/YPG-nin nümayəndələrini Yelisey Sarayında ən yüksək səviyyədə qəbul edib. Bu, əlbəttə, Türkiyə üçün çaşdırıcı olmayıb.