SON DƏQİQƏ! İbrahim Tatlısəs ağır yol qəzasına DÜŞDÜ – FOTO/VİDEObackend

SON DƏQİQƏ! İbrahim Tatlısəs ağır yol qəzasına DÜŞDÜ - FOTO/VİDEO

İbrahim Tatlısəs Bodrumda yol qəzası keçirib.

KONKRET.az “Hürriyət”ə istinadla xəbər verir ki, məşhur sənətçi İbrahim Tatlısəs Bodrumda yol qəzasına düşüb. Avtomobildə sıxışdığı öyrənilən Tatlısəsin xilas edilməsi üçün bölgəyə çox sayda qrup cəlb edilib.

Alınan məlumata görə, səhər saatlarında Bodrum Yalıkavak yolunda hərəkətdə olarkən yol qəzası keçirən İbrahim Tatlısəs yaralanıb.

Yaralanan Tatlısəsin xəstəxanaya aparıldığı, vəziyyətinin yaxşı olduğu bildirilir.

İbrahim Tatlısəsin yanında qızının olduğu öyrənilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*