SON DƏQİQƏ! İlham Əliyev Qələbə Paradına qatılmayacaq – Kreml rəsmisi açıqladıbackend

SON DƏQİQƏ! İlham Əliyev Qələbə Paradına qatılmayacaq – Kreml rəsmisi açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev bu il Moskvada Qırmızı Meydanda keçiriləcək ənənəvi 9 May Qələbə Paradında iştirak etməyəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

KONKRET.az xəbər verir ki, Uşakovun sözlərinə görə Azərbaycan Prezidenti tədbirdə iştirak etməyəcək:

“İlham Heydər oğlu bu il Qələbə Paradına gəlməyəcək. Amma Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə qalır və ikitərəfli dialoq davam edir”, – deyə Kremlin rəsmisi bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*