Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətlər fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen İrəvanda Avropa İttifaqının dəstəyi məsələsini müzakirə edəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Azadlıq” radiosunun erməni xidməti Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Ermənistan üçün maliyyə yardımı və güzəştli ticarət şərtləri hazırlayır.
Qeyd olunur ki, Brüssel bu mexanizmdən adətən tərəfdaş ölkələri böhran vəziyyətlərində dəstəkləmək və onların Avropa bazarına daha dərin inteqrasiyasını təşviq etmək məqsədilə istifadə edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
