Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində “Vaz 21 06” markalı nəqliyyat vasitəsi ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sərnişini Şabranın Udulu kənd sakini, 1984-cü il təvəllüdlü İsmayılova Könül Rəsul qızı hadisə yerində dünyasını dəyişib. Maşının sürücüsü Vasif İsmayılov isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, 1982-ci il təvəllüdlü, Xanlıqoba kənd sakini Vasif İsmayılov da xəstəxanada keçinib.
C.FƏRZƏLİYEV
